Siyəzəndə 36 yaşlı qadının paraşütdən yıxılaraq ölməsi faktı araşdırılır
Tarix: 08-07-2025 18:05 | Bölmə: Cəmiyyət
Siyəzəndə 36 yaşlı qadının paraşütdən yıxılaraq ölməsi faktı araşdırılır

Baş Prokurorluq dünən Siyəzəndə 36 yaşlı qadının paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı ilə bağlı açıqlama yayıb.

Reyting.az
xəbər verir ki, iyulun 7-si Bakı sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq