Ağdam-Füzuli yolunda qəza: 20 nəfər xəsarət alıb
Tarix: 09-07-2025 09:14 | Bölmə: Cəmiyyət
Ağdam-Füzuli yolunda qəza: 20 nəfər xəsarət alıb

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin regional qrupuna istinadla bildirir ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq