Qaradağda səkiyə çıxan maşın iki nəfəri vurub - Ölən var
Tarix: 09-07-2025 17:23 | Bölmə: Cəmiyyət
Qaradağda səkiyə çıxan maşın iki nəfəri vurub - Ölən var

Paytaxtın Qaradağ rayonunda ağır qəza baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə bu gün saat 11 radələrində Bakı-Qazax avtomobil yolunun 46-cı kilometrliyində - magistralın Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

1984-cü il təvəllüdlü Elnur Eynulla oğlu Yaqubov idarə etdiyi 99 AU 092 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı səkiyə çıxıb. Nəticədə o, səkidə olan 1974-cü il təvəllüdlü İradə Müslüm qızı Bədirova və onun qızı 2004-cü il təvəllüdlü Gülnar Rəsul qızı Bədirovanı vurub.

Qəza nəticəsində İ.Bədirova hadisə yerində ölüb, G.Bədirova isə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq