Özünü təyyarənin mühərrikinə atan şəxs ölüb
Tarix: 09-07-2025 17:36 | Bölmə: Cəmiyyət
Özünü təyyarənin mühərrikinə atan şəxs ölüb

İtaliyanın Berqamo hava limanında inanılmaz hadisə baş verib. Hava limanına biletsiz daxil olan şəxs perronun üstünə qaçaraq hərəkətdə olan sərnişin təyyarəsinin mühərrikinə tullanaraq dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, Milandan İspaniyanın Astruias bölgəsinə uçan “Volotea Airlines”-a məxsus “Airbus A319” təyyarəsi uçuş-enmə zolağında uçuş manevrini yerinə yetirərkən naməlum şəxs təhlükəsizlik səddini keçərək özünü təyyarənin mühərrikinə atıb.

Hadisə zamanı təyyarədə olan sərnişin başına gələnləri belə izah edib: “Qəfil partlayış səsi eşitdik. Pəncərədən bayıra baxan sərnişinlərin bəziləri təşvişə düşüb başlarını əllərinin arasına qoydular. Kabin heyəti dərhal bizə dedi ki, bayıra baxmayın, görmək istəmədiyiniz bir şey var”.

Təyyarənin kapitanı hadisədən sonra “çox ciddi vəziyyət yarandığını və uçuşun təxirə salınacağını” açıqlayıb.

Berqamo polisi və prokurorları hadisə ilə bağlı araşdırmalara başlayıb. İlkin araşdırmalar göstərir ki, mərhumun narkotik maddələrdən istifadə etdiyinə görə cinayəti var.

“Başqa təyyarəyə minərkən hər şeyi gördüm. Zabitlər onu saxlamağa çalışsalar da, o, təyyarənin sol mühərrikinə doğru qaçaraq özünü içəri atdı. Bu, heç vaxt görmək istəmədiyimiz bir şey idi!,-şahidlərdən biri deyib.

Mütəxəssislər həmin vaxt təyyarənin mühərriklərinin dəqiqədə təqribən 15.000 devirlə işlədiyini, qəzanın qaçılmaz olduğunu qeyd ediblər.

“Berqamo Hava Limanında baş verən qəzada, təyyarəmizlə əlaqəsi olmayan bir nəfər həyatını itirdi. Təyyarədə olan 154 sərnişin və altı ekipaj üzvünün hamısı təhlükəsizdir və uçuşumuz təxirə salındı”,-Hava yolları qeyd edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq