Nazir: “Kolleclərdə müəllim hazırlığı dayandırılıb"
Tarix: 10-07-2025 11:00 | Bölmə: Cəmiyyət
Nazir: “Kolleclərdə müəllim hazırlığı dayandırılıb"

"Vaxtilə kolleclərdə aparılan müəllim hazırlığının mənfi nəticələri indi hiss edilir".

Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, müəllimlərin sertifikasiya imtahanlarının nəticələri vaxtilə kolleclərdə təhsil almış müəllimlərin nəticələrinin aşağı olduğunu göstərir:

“Bu səbəbdən kolleclərdə müəllim hazırlığı dayandırılıb. Amma qeyd etməliyik ki, kollec məzunları arasında yüksək nəticə göstərən müəllimlər də var. Onlar illər ərzində öz üzərində çalışan və peşəkarlığını artıran şəxslərdir”.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq