Şirvanda əməliyyat: saxlanılan var
Tarix: 11-07-2025 09:58 | Bölmə: Cəmiyyət
Şirvanda əməliyyat: saxlanılan var

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkokuryerliyə cəlb edilən şəhər sakini Natiq Xankişiyev saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Reyting.az-a verilən məlumata görə, ondan 7 kiloqrama yaxın həşiş, metamfetamin və marixuana, eləcə də 400 ədəd narkotik tərkibli həb aşkarlanıb.

N.Xankişiyev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan əcnəbi narkotacir tərəfindən kuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər