Bakıda ağır qəza: ölən və yaralılar var
Tarix: 14-07-2025 10:24 | Bölmə: Cəmiyyət
Bakıda ağır qəza: ölən və yaralılar var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
-ın məlumatına görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Rizvan Vaqif oğlu Abasovun idarə etdiyi "KIA Rio" markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Təbriz Ələz oğlu Baxışzadənin idarə etdiyi "Skoda Rapid" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "KIA Rio"nun sürücüsü R. Abasov hadisə yerində ölüb, yanında olan oğlu 1991-ci il təvəllüdlü Kənan Rizvan oğlu Abasov, eləcə də "Skoda Rapid" markalı avtomobilin sürücüsü T. Baxışzadə, sərnişinlər - 1986-cı il təvəllüdlü Rahib Sahib oğlu İsmayılov, 1961-ci il təvəllüdlü Nazim Vahab oğlu Əliyev, və 1995-ci il təvəllüdlü Qurban Saqif oğlu Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.(Oxu.Az)

Faktla bağlı cinayət işi başlanıb.

***

TƏBİB-dən bildiriblər ki, saat 23:20 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər (kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.




Bölməyə aid digər xəbərlər