Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır
Tarix: 14-07-2025 14:11 | Bölmə: Cəmiyyət
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi iyulun 29-da başlayacaq.

Reyting.az x
əbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər sözügedən tarixdə saat 11:00-dan 4 avqust saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (o cümlədən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmış) şəxslər iştirak edə bilərlər.




Bölməyə aid digər xəbərlər