Məhkəmə yazıçıya 14 il həbs cəzası verib
Tarix: 14-07-2025 17:53 | Bölmə: Cəmiyyət
Məhkəmə yazıçıya 14 il həbs cəzası verib

İkinci Qərb Dairə Hərbi Məhkəməsi yazıçı Boris Akunini (əsl adı Qriqori Çxartişvili, Rusiya Federasiyasında xarici agent kimi tanınan, terrorçu və ekstremistlər siyahısına daxil edilib) qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib.

Reyting.az
TASS-a istinadla bildirir ki, məhkəmə Boris Akunini açıq şəkildə terrorçuluğa bəraət qazandırmaqda, terrorçuluq fəaliyyətini həyata keçirməyə kömək etməkdə təqsirli bilib.

Yazıçıya həmçinin 400 min rubl məbləğində cərimə kəsilib və dörd il müddətinə internet saytlarını idarə etmək qadağan olunub. Akunin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1 ("Terrorçuluq fəaliyyətinə yardım"), 205.2 ("Terrorçuluğa ictimai bəraət qazandırmaq") və 330.1-ci ("Xarici agentlər haqqında Rusiya Federasiyasının qanunvericiliyində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməkdən yayınma") maddələri ilə təqsirli bilinib.

Prokuror Akuninin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, rus yazıçısı Akunin 2014-cü ildən Londonda yaşayır. Onun Britaniya vətəndaşlığı var.

E. KAMAL




Bölməyə aid digər xəbərlər