Tələbələrin köçürülməsinə start verilir
Tarix: 15-07-2025 11:43 | Bölmə: Cəmiyyət
Tələbələrin köçürülməsinə start verilir

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi başlayır.

Reyting.az
-ın məlumatına görə, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildiriblər.

Elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq.

Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.




Bölməyə aid digər xəbərlər