Bakıda şəhidin adını daşıyan küçənin sakinləri imdad diləyir - Fotolar
Tarix: 15-07-2025 12:35 | Bölmə: Cəmiyyət
Bakıda şəhidin adını daşıyan küçənin sakinləri imdad diləyir

Xətai rayonu, şəhid Xaliq Əzizzadə küçəsinin bir qrup sakini ölkə rəhbərliyinə şikayət edib.

Reyting.az
-ın məlumatına görə, Mia.az-a daxil olan şikayət məktubunda qeyd olunub ki, şəhid adını daşıyan bu küçədə acınacaqlı durum yaranıb:

"Burada - Dənizcilik Məktəbinin yataqxanası ətrafında son zamanlar açılmış maşınyuma məntəqələri, avtotəmir, ət kəsimi məntəqələri, kababxana və dönərxanalar səkiləri zəbt ediblər, ərazidə səliqə-səhman, natəmizlik hökm sürür. Buradakı kababxanadan yayılan tüstü isə bütün ətraf binalara yayılır. Yay mövsümündə sakinlər pəncərini aça bilmirlər. Mənzillərdə tüstüdən rahat oturmaq olmur. Sakinlər bu küçə ilə ümumiyyətlə, hərəkət edə bilmirlər. Obyekt sahibləri səkiləri qanunsuz zəbt ediblər və yol infrastrukturu faktiki olaraq “yoxa çıxıb”".

Sakinlər bildirirlər ki, problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Xətai Rayon İcra Hakimiyyətinə, Şəhərsalma və Arxitektura Komitəsinə, Qida Təhlükəsizliyi Agentliyinə və digər aidiyyatı qurumlara müraciətlər edilsə də, faydası olmayıb: "Bunu nəzərə alaraq sizdən xahiş edirik, şəhid Xaliq Əzizzadənin adını daşıyan bu küçədə yaranmış acınacaqlı durumu nəzarətə götürəsiniz...".










Bölməyə aid digər xəbərlər