Dağlıq ərazidə güclü yanğın başlayıb - (Yenilənib)
Tarix: 16-07-2025 12:30 | Bölmə: Cəmiyyət
Dağlıq ərazidə güclü yanğın başlayıb - (Yenilənib)

Cəlilabad rayonunun Zopun kəndi ərazisində güclü yanğın başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub.

Reyting.az
xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dağlıq ərazidə başlayan yanğının söndürülməsi tədbirlərini davam etdirirlər.

Yanğın baş verən ərazidə bir nəfərin tüstüdən zəhərləndiyi bildirilir. Əraziyə təcili tibbi yardım briqadası da cəlb olunub.

***

Zopun kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Reyting.az
FHN-nin Mətbuat xidmətinə istinadla bildirir ki, yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

***

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-nin Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinun Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları cəlb olunub.

***

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın tam söndürülüb.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində meşə təsərrüfatına məxsus ərazidə 1.5 hektar sahədə kol-kos və kənd bələdiyyəsinə məxsus ərazidə 150 hektar sahədə quru ot, kol-kos yanıb.

Meşə zolağı yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-nin Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edib.




Bölməyə aid digər xəbərlər