DİM sədri: "Ali məktəblərdə ödənişli əsaslarla olan yerlərin 90% dolacağı gözlənilir"
Tarix: 16-07-2025 11:47 | Bölmə: Cəmiyyət
DİM sədri: "Ali məktəblərdə ödənişli əsaslarla olan yerlərin 90% dolacağı gözlənilir"

Dövlət İmtahan Mərkəzi (DİM) bu ildən ictimaiyyət üçün açıq müzakirələrə başlayacaq.

Bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, DİM elmi statistik təhlilləri qaydalı şəkildə həmişə açıqlayır:

"Yeni islahatlar üçün həmişə təhlillər olmalıdır. Ona görə də statistikaları həmişə açıqlayırıq ki, ictimaiyyət məlumatlı olsun. Odur ki, hər ay ictimaiyyəti maraqlandıran mövzuları seçib ayda bir gün ictimai müzakirələr aparacağıq. Sentyabrdan belə ictimai müzakirələr başlayacaq və hər ay mövzular fərqli olacaq".




Bölməyə aid digər xəbərlər