Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq
Tarix: 16-07-2025 12:04 | Bölmə: Cəmiyyət
Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq

Elektronlaşdırılacaq növbəti imtahan Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanıdır.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu imtahan artıq sentyabrdan elektron formada keçiriləcək:

“Daha sonra rezidentura, Azərbaycan dili və magistratura imtahanlarının da mərhələli şəkildə rəqəmsallaşdırılması nəzərdə tutulur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər