Mədəniyyət Nazirliyinin tenderi ləğv olunub
Tarix: 16-07-2025 15:12 | Bölmə: Cəmiyyət
Mədəniyyət Nazirliyinin tenderi ləğv olunub

Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC-nin iş yükü analizinin aparılması, mövcud ştat və strukturların iş yükü analizinə və beynəlxalq təcrübələrə uyğunlaşdırılması, əməkdaşların karyera inkişafının təmin edilməsi ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

Qərar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilib.

Səbəb açıqlanmayıb.

Tenderin dəyəri 288 952 AZN olub(Pravda).




Bölməyə aid digər xəbərlər