I sinfə qəbul üçün məktəb və müəllim seçiminə start verilib
Tarix: 17-07-2025 11:09 | Bölmə: Cəmiyyət
I sinfə qəbul üçün məktəb və müəllim seçiminə start verilib

Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.

Reyting.az
xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, saat 11:00-dan etibarən Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki ümumi təhsil müəssisələrində rus bölməsi üzrə prioritetlə seçim sistemi ləğv olunur.

Bu tarixdən etibarən vətəndaşlar məktəb və müəllim seçimini sərbəst şəkildə həyata keçirə biləcəklər.

Qeyd edək ki, seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.




Bölməyə aid digər xəbərlər