Həbsdəki oğluna narkotik gətirən ata tutulub
Tarix: 18-07-2025 16:10 | Bölmə: Cəmiyyət
Həbsdəki oğluna narkotik gətirən ata tutulub

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Reyting.az
xəbər verir ki, həbs olunmuş şəxs İsmayıl Aqil oğlu Gülməmmədova atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman şalvarının cibində gizlədilmiş 1 ədəd bükülüdə metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər