13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Masallıda əməliyyat: 39 kq marixuana aşkar edilib - Video
Tarix: 21-07-2025 17:22 | Bölmə: Cəmiyyət
Masallıda əməliyyat: 39 kq marixuana aşkar edilib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.

Reyting.az
DİN-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, Masallı rayonunda keçirilən növbəti əməliyyat zamanı 1987-ci il təvəllüdlü Rüstəm Abdullayev saxlanılıb.

Ondan 39 kq tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Rüstəm Abdullayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.





Bölməyə aid digər xəbərlər