14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Nazir dostunu Agentliyin sədr müavini təyin edib
Tarix: 21-07-2025 19:30 | Bölmə: Cəmiyyət
Nazir dostunu Agentliyin sədr müavini təyin edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə sədr müavini təyin olunub.

Reyting.az
-ın "Qaynarinfo"-ya istinadla bildirir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Zeynalov Taleh Tarix oğlu Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə Taleh Zeynalov Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin olunub.

Qeyd edək ki, 2023-cü ilə kimi "Grand-Agro Invitro" MMC-nin direktoru olmuş Taleh Zeynalov kənd təsərrüfatı naziri Məcnun Məmmədovun yaxın dostudur. Məcnun Məmmədov "Agro Food Investments" MMC-nin rəhbərliyində çalışıb. "Grand-Agro" və "Grand-Agro Invitro" MMC-lər adıçəkilən şirkətin kurasyasındadır.

Taleh Zeynalov 2017-2018-ci ildə "PMD Group" MMC-nin, "Agro Food Investments" MMC və 2023-cü ildə isə "Grand-Agro Invitro" MMC-nin rəhbərliyində çalışıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:47 Sabah yağış yağacaq
16-09-2025, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq