10:48 / 22-07-2025
Ayda oksigen istehsal olunub
Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 22-07-2025 12:40 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq?

İyulun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 23-26° isti, gündüz 33-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti, dağlarda gecə 13-18° isti, gündüz 28-33° isti olacaq.




Bölməyə aid digər xəbərlər