Dəhşətli intiqam: İki qadını diri-diri yandırdılar
Tarix: 08-07-2019 14:32 | Bölmə: Cəmiyyət
Dəhşətli intiqam: İki qadını diri-diri yandırdılar

Cənubi Afrikanın Limpopo şəhərində yaşayan 12 yaşındakı Abelo Muila, ötən ay yoldaşları ilə oynayarkən itib.

Reyting.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, bir müddət sonra uşağın meyiti tapılıb.

Bölgə sakinləri, uşağı öldürənlər üçün öz qanunlarını tətbiq etməyə qərar verib.

Şəhərin şimalında yerləşən Ha-Mashau Misevhe kəndindən bir dəstə, iki qadının Abelo Muilayı öldürdüyü qənaətinə gəlib.

Esther Mudziva və 66 yaşındakı Sarah Hulumeniyi öncə döyülüblər.

Zorla paltarları çıxardılan qadınlar sonra yandırılıb.

İlkin istintaqlar nəticəsində, cəsədlərin olduğu yerdən ayrılan dəstənin, 79 yaşında bir adama aid üç evi də od vurduğu da ortaya çıxıb.

Limbobo polisi, 16 və 17 yaşında iki şübhəlini həbs edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər