Azərbaycan həqiqətləri Baltikyanı ölkələrin KİV-lərində işıqlandırılacaq - Foto
Tarix: 26-11-2019 19:15 | Bölmə: Cəmiyyət
Azərbaycan həqiqətləri Baltikyanı ölkələrin KİV-lərində işıqlandırılacaq

“Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyi Baltikyanı ölkələr - Latviya, Litva və Estoniyanın kütləvi informasiya vasitələri ilə əlaqələr qurmaq, mətbuatın inkişafı barədə qarşılıqlı təcrübə mübadiləsi aparmaq üçün müxtəlif tədbirlər həyata keçirəcək.

İctimai Birliyin rəhbəri Mətləb Salahov Reyting.az-a deyib ki, əsas məqsəd ölkələrimizin mətbuatı, mədəniyyəti və tarixi barədə cəmiyyətlərimizi məlumatlandırmaqdır. Eyni zamanda zəngin Azərbaycan mədəniyyəti və qədim tariximiz barədə bu üç ölkənin mətbuatında məlumatların yayılması və mətbuat sahəsində ən son yeniliklərin öyrənilməsidir.

Azərbaycan həqiqətləri Baltikyanı ölkələrin KİV-lərində işıqlandırılacaq
M. Salahov

M. Salahov əlavə edib ki, Azərbaycan həqiqətlərinin dünya mətbuatında daha geniş yayılması üçün bu ölkələrin KİV-ləri ilə əlaqələr çox önəmlidir. Jurnalist təşkilatının rəhbəri bunun üçün adıçəkilən ölkələrin səfirlikləri ilə görüş keçirəcəklərini qeyd edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}