16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Korrupsiya xərçəng xəstəliyi kimi bu layihələri içdən yeyib” - İqtisadçıdan "yolçəkən" məmurlara ittiham
Tarix: 27-11-2019 15:35 | Bölmə: Cəmiyyət
"Korrupsiya xərçəng xəstəliyi kimi bu layihələri içdən yeyib” - İqtisadçıdan "yolçəkən" məmurlara ittiham

"Son 15 ildə Azərbaycanın yol infrastrukturuna milyardlarla vəsait qoyulub, körpülər tikilib, amma korrupsiya "xərçəng xəstəliyi” kimi bu layihələri içdən yeyib”.

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, dağılan, çökən yollarla bağlı bu sözləri qeyd edib:

"Dərd budur ki, keyfiyyətsiz çəkilmiş yollar, tikilmiş körpülər tez aşınır və köhnəlir, bu hökumət gələcək nəsillərin üzərinə bu problemi də qoyub-gedəcək. Çünki həmin keyfiyyətsiz yollar-körpülər hər il dövlət büdcəsinə ağır yük kimi olacaq, onların təmirinə, normal vəziyyətə gətirilməsinə yenidən milyardlarla vəsait xərclənəcək.

Bir dəfə Luşkovdan soruşublar ki, deyilənə görə siz öz milyardlarınızı Moskva yollarının və qovşaqlarının, dəirəvi yolların keyfittətsiz çəkilməsinə görə qazanmısınız. O da cavab verib ki, mən keyfiyyətdən yeməmişəm, yolun enindən yemişəm, yəni, hər tərəfdn 30 sm az yol çəkib həmin 60 sm yola, guya xərclənən vəsaiti mənimsəmişik, yəni, keyfiyyətə görə narahat olmayın.

Bizim qalstuklular qəbiləsi həm keyfiyyətdən yeyiblər, həm də kəmiyyətdən, məhz buna görə yollar çökür, körpülər dağılır, 20 il zəmanətlə çəkilmiş beton yollar hər il 20 dəfə təmirə bağlanır. Məmurlar yola, körpüyə daimi qazanc mənbəyi kimi baxırlar deyə keyfiyyətli yol onlara sadəcə sərf etmir – bəs təmirdən də yemək lazımdı axı...”.

Yenisabah.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}