ATƏT sədri Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərini müsbət dəyərləndirib
Tarix: 28-11-2019 14:15 | Bölmə: Cəmiyyət
ATƏT sədri Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərini müsbət dəyərləndirib

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərinə münasibət bildirib.

Bakıda səfərdə olan ATƏT sədri jurnalsitlərə açıqlamasında bunun müsbət addım olduğunu, etimadı artırdığını, ab-havanı yaxşılaşdırdığını və gərginliyi azaltdığını deyib.

O hesab edir ki, bu, siyasi həll üçün yol açacaq: "Bildiyiniz kimi, Slovakiya bu il ATƏT-ə sədrlik edir. Biz, əlbəttə ki, vəziyyətin inkişafını yaxından izləyirik. İnanıram ki, Slovakiyanın sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcək".

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər