Hakim Eldar Mahmudovun əmisi oğlunu azadlığa buraxdı
Tarix: 28-11-2019 16:51 | Bölmə: Cəmiyyət
Hakim Eldar Mahmudovun əmisi oğlunu azadlığa buraxdı

Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report" xəbər verir ki, məhkəmənin hökmü ilə V.Mahmudova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

O, ibtidai istintaq və məhkəmə istintaqı dövründə həbsdə olduğu üçün cəzası başa çatmış hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Hökmlə həmçinin V.Mahmudova məxsus əmlaklar müsadirə olunacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər