21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Nazir xanım sədri vəzifədən azad edib
Tarix: 15-03-2020 00:00 | Bölmə: Cəmiyyət
Nazir xanım sədri vəzifədən azad edib

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 400 nömrəli fərmanı əsasında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifədən azad olunub.

Reyting.az xəbər verir ki, bu barədə Mia.az-a KTN-dən məlumat daxil olub.

Bildirilib ki, dünən nazir İnam Kərimov İH-nin sədri Leyla Məmmədovanı vəzifəsindən çıxarıb.

Məlumatda o da bildirilib ki, Leyla Məmmədovanın, daha dəqiq, ASC-nin İdarə Heyətinin sədrinin səlahiyyətləri müvəqqəti olaraq KTN-nin aparat rəhbəri Aqil Quliyevə həvalə olunub. Leyla Məmmədova isə təhvil-təslim üçün ASC-də müavin postuna keçirilib.

Yeri gəlmişkən, Leyla Məmmədova YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızının bacısı qızıdır.

Diqqətçəkən digər nüans isə odur ki, Leyla xanım İnam Kərimov nazir təyin olunan kimi, KTN sisteminə ilk gətirilən kadrlardan biri olub..

Nazir xanım sədri vəzifədən azad edib
Leyla Məmmədova




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər