13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə stimul verir - Əli Əsədov
Tarix: 09-04-2020 11:55 | Bölmə: Cəmiyyət
Kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə stimul verir

Azərbaycan Prezidenti tərəfindən aparılan struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə stimul verməkdədir.

Bunu Baş Nazir Əli Əsədov Milli Məclisə ötən ilə dair videohesabatda deyib.

Baş Nazir bildirib ki, 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb və cəmiyyətin bütün sahələrini əhatə edib, ölkəni yeni inkişaf mərhələsinə çıxarıb.

Əli Əsədov vurğulayıb ki, hesabat ili Azərbaycan üçün uğurlu olub. O bildirib ki, son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib, makro-iqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər