Şəmkirdə gənc qadın əri tərəfindən qətlə yetirilib
Tarix: 19-04-2020 12:30 | Bölmə: Cəmiyyət
Şəmkirdə gənc qadın əri tərəfindən qətlə yetirilib

Şəmkir şəhərində 29 yaşlı kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib.

Hadisə Posanlı qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1993-cü il təvəllüdlü Nailə Allahyar qızı Məmmədova ailədaxili münaqişə zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mübariz Bayram oğlu Məmmədov tərəfindən qətlə yetirilib.

Məlumata görə, qadının boğazı bıçaqla kəsilib. Onun meyiti tibbi ekspertizaya aparılıb.

Hadisəni törədən şəxs isə saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır/Report.




Bölməyə aid digər xəbərlər
29-10-2024, 12:05 Sabah yağış yağacaq
28-10-2024, 13:25 Sabah yağış yağacaq
26-10-2024, 12:08 Sabah yağış yağacaq