Tarix: 08-11-2016 13:15 | Bölmə: Cəmiyyət / Xəbərlər
Bir müddət əvvəl silahlı fotosu ilə gündəmə gələn xanım direktor yeni məktəbə təyinat alıb.
Reyting.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə oktyabrın 25-də Şıxlinskaya Kəmalə Məcid qızı Binəqədi rayonundakı 179 saylı orta məktəbin direktoru vəzifəsindən çıxarılaraq Xətai rayonundakı 59 saylı məktəbə direktor təyin edilib.
Qeyd edək ki, gənc direktor 17 mart 1981-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dillər Universitetini bitirib. Xanım direktor ötən il medianın gündəminə məhz silahla çəkdirdiyi fotolarla düşmüşdü. O isə açıqlamasında sözügedən şəkillərin Londonda çəkildiyini qeyd etmişdi.
Xatırladaq ki, Kəmalə Şıxlinskaya Şəmkir rayon təhsil şöbəsinin müdiri Məcid Şıxliniskinin qızıdır.
Bölməyə aid digər xəbərlər