18:26 / 03-06-2025
Baş nazir istefa verib
15:36 / 03-06-2025
Xankəndiyə dolu düşüb
12:59 / 03-06-2025
Sabah yağış yağacaq
Tbilisidə etirazlar səngimir - Fotolar
Tarix: 20-11-2024 09:41 | Bölmə: Xəbərlər
Tbilisidə etirazlar səngimir

Gürcüstanın Tbilisi şəhərində etiraz aksiyası keçirən insanlar çadır düşərgələrinin dağıdıldığı yerə qayıdıblar.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, dünən səhər saatlarında polis ərazidə qurulmuş çox sayda çadır düşərgəsini dağıtdıqdan sonra paytaxt Tbilisi şəhərində etirazçılar polis kordonunu yarıb və Tbilisi Dövlət Universitetinin birinci korpusu yerləşən əraziyə yaxın kəsişən yola qayıdıblar.

Hadisənin şahidləri bildirirlər ki, artıq bu yol kəsişməsində get-gedə etirazçıların sayı da artır və orada aksiya iştirakçıları yenidən çadırlar qurublar.

Mitinqin əsas təşkilatçıları, siyasi müxalifətin liderləri Giorgi Vaşadze və Elene Xoştariya etirazçıların qarşısında çıxış ediblər. Onlar çadır şəhərciyinin bərpa olunacağını bildiriblər.




Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər