19:51 / 02-09-2025
Məşhur aktyor aktrisaya cinsi təcavüzə görə həbs oluna bilər
19:08 / 02-09-2025
Sabunçuda uşağa işgəncə verən qəyyum saxlanılıb
18:46 / 02-09-2025
NATO: "Rusiya raketinə Haaqaya çatmaq üçün 5-10 dəqiqə lazımdır"
18:00 / 02-09-2025
Bakıda daşınmaz əmlak bahalaşıb
17:45 / 02-09-2025
Qondarma “Xarici İşlər Nazirliyi”nin yerində Baş idarə tikiləcək
17:27 / 02-09-2025
Elektron Təhlükəsizlik Xidmətinə mətbuat katibi təyin olunub
17:20 / 02-09-2025
Gədəbəydə dağlıq ərazidə yanğın olub
16:50 / 02-09-2025
Laçında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
16:45 / 02-09-2025
Nazpəri Dostəliyeva: "Allahıma dua edirəm ki, məni övladıma tez qovuşdursun"
16:28 / 02-09-2025
Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib - Foto
16:13 / 02-09-2025
Müğənni Ayan Babakişiyeva dinini dəyişib
16:05 / 02-09-2025
Cəlaloğlu: Milli Məclis aprel işğalına siyasi qiymət verməlidir
15:30 / 02-09-2025
Xəstələr üçün yığılan pulu ələ keçirən şəxs tutulub
15:28 / 02-09-2025
Deputat: Hindistan Cənubi Qafqazda gərginlik yaratmağa çalışır
15:25 / 02-09-2025
Ərdoğan: "Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem yoxdur"
15:11 / 02-09-2025
"Kreml sehrbazı" filmi böyük maraq doğurub - Fotolar
14:59 / 02-09-2025
Ukrayna ordusu yaşayış məntəqəsini azad edib
14:53 / 02-09-2025
15 saylı həbsxanaya rəis təyinatı olub
14:44 / 02-09-2025
Bakıda çoxmərtəbəli binada yanğın: 12 nəfər təxliyə olunub
14:30 / 02-09-2025
Abşeronda 51 yaşlı qadın öldürülüb
14:23 / 02-09-2025
Milli Məclis bəyanat yayıb
13:56 / 02-09-2025
Rusiya Avropanın iki ölkəsində gərginlik yaradıb
13:52 / 02-09-2025
TikTok-da intim görüntülərlə şantaj edən şəxs saxlanılıb
13:41 / 02-09-2025
Rusiya və Çin 20-dən çox əməkdaşlıq sənədi imzalayıb
13:35 / 02-09-2025
Kremlin məxfi planı üzə çıxıb - Foto
13:15 / 02-09-2025
Bakıda İƏT Mədəniyyət Festivalı keçiriləcək
12:57 / 02-09-2025
Prezident və xanımı qatarla Pekinə gedib - Video
12:37 / 02-09-2025
417,5 kiloqram narkotiki ələ keçirib, 10 şübhəli tutulub
12:30 / 02-09-2025
Hərbi təyyarə istehsalı gərginliyə səbəb olub
08:13 / 30-08-2025

19:36 / 30-08-2025

21:29 / 28-08-2025

23:00 / 28-08-2025

19:01 / 29-08-2025

18:20 / 31-08-2025

08:49 / 31-08-2025

00:24 / 30-08-2025

15:02 / 31-08-2025

17:05 / 29-08-2025

11:46 / 29-08-2025

Sumqayıt-75: keçmişə baxış və inkişaf impulsları
Tarix: 23-11-2024 00:05 | Bölmə: İqtisadiyyat

75 illiyini qeyd edəcəyimiz Sumqayıtın formalaşması və inkişaf etməsi proseslərinə baxış etsək, əvvəlcə bir qrup fikirləri diqqətinizə çatdırmaq istərdik. Sumqayıtın inkişafının planlaşdırılması, xüsusilə Böyük Vətən Müharibəsinin nəticələrinin təsirindən yaranmış vəziyyətlə bağlı olaraq, onun inkişafına münasibətin dəyişilməsi və burada sənaye sahələrinin daha intensiv inkişaf etdirilməsi qərarları qəbul edilib.
Artıq 1949-cu ildə Sumqayıtın şəhər kimi formalaşması və status alması mümkün olub. 1950-69-cu illər Sumqayıtda şəhər və sənaye infrastrukturunun yaradılması proseslərinin təşkili, inkişaf xüsusiyyətləri baxımından ən mürəkkəb və ziddiyətli dövr kimi yadda qalıb. 1970-ci ilədək olan dövrdə Sumqayıtda sosial-iqtisadi inkişaf prosesləri ağır vəziyyətdə idi, şəhərdə ekoloji problem kəskin xarakter daşıyırdı, şəhər təsərrüfatının inkişafında dinamiklik çatışmırdı. Mərkəzin Sumqayıtın inkişafına münasibətinin dəyişdirilməsi lazım idi.

Belə bir şəraitdə 1970-1985-ci illər Sumqayıt şəhərinin sənaye mərkəzi kimi inkişafının sürətlənməsində intibah dövrü kimi yadda qalıb və bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub. 1970-80-ci illər ərzində Sumqayıt şəhərində neft-kimya sənayesi müəssisələrində istehsalın həcmi 2,94 dəfə, kimya sənayesi müəssisələri üzrə isə 2,86 dəfə, əmək məhsuldarlığı 2,17 dəfə, əsas sənaye istehsal fondlarının artım tempi 94 faiz təşkil edib. Heydər Əliyevin cəsarətli addımları, zəkası və bacarığı sayəsində Sumqayıtın sənaye potensialının həmin dövrün yüksək texnologiyalarına uyğun şəkildə gücləndirilməsi və nəticədə Sumqayıtın sosial-iqtisadi inkişafında sürətli bir mərhələnin həyata keçirilməsi mümkün olub.
Sumqayıtın sənaye potensialının güclənməsində ulu öndər Heydər Əliyevin səyləri nəticəsində “EP-300” qurğusu Azərbaycanda qeyri-neft sektorunda ən unikal və çoxfunksiyalı istehsalat qurğusu kimi dəyərə malikdir. Bu qurğunun fəaliyyəti nəticəsində kimya və neft-kimya kompleksi intensiv inkişaf yolu keçib və müasir dövrə qədər öz istehsal potensialını qoruyub saxlaya bilib. “EP-300” qurğusunda alınan etilen xammalından dünya bazarlarında yüksək tələbat olan ixracyönlü polietilen məhsulunun istehsalı uzun dövr ərzində Sumqayıta və ölkəmizə davamlı şəkildə valyuta vəsaitləri gətirməkdədir və müasir dövrdə də bu qurğu məhsuldar olaraq fəaliyyət göstərir.

1993-2003-cü illər müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıtın rolunun bərpa edilməsi və gücləndirilməsi dövrü kimi tarixi əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ilin sentyabr ayının 20-də imzalanmış “Əsrin kontraktı”nın reallaşdırılmasına başlanılıb.
Sumqayıtda bir-birinin ardınca sənaye və şəhər infrastruktur obyektlərinin tikintisi, istismara verilməsi tədbirlər görüldü və şəhərin aparıcı sənaye müəssisələrinin fəaliyyətinin bərpası üçün investisiyalar cəlb olundu. Heydər Əliyevin təşəbbüsü və hökumət zəmanəti ilə unikal “Buxar-Generator” qurğusunun tikilməsi və 2001-ci il iyulun 7-də istismara verilməsi tarixi hadisə kimi yadda qalıb. Bu qurğunun işə düşməsi ilə kimya və neft-kimya müəssisələrinə ikinci nəfəs verildi, onların fəaliyyəti bərpa olundu və zərərlə işləmələrinə son qoyuldu.
Dövlət başçısının ölkənin dinamik inkişafına xüsusi diqqət yetirməsi ilə yanaşı, regional inkişaf strategiyası kifayət qədər mütərəqqidir və çoxşaxəlidir. Prezident İlham Əliyev konseptual baxımdan ölkənin bütün regionlarının sosial-iqtisadi inkişafına kompleks yanaşmanı təmin edir. Amma, dövlət başçısının Sumqayıta münasibəti xeyli fərqlidir və o, öz fəaliyyətində Sumqayıtın sosial-iqtisadi inkişafına, onun dinamikliyinə, sənaye potensialının artırılmasına, şəhərin infrastrukturunun inkişaf etdirilməsi tədbirlərinə daha çox diqqət yetirir. Öz sözündə və vədlərində qətiyyətliliyi, dürüstlüyü və bütövlüyü ilə Sumqayıtlıların misilsiz rəğbətini qazanan Prezident İlham Əliyev Sumqayıtın sənaye potensialının gücləndirilməsi və şəhərin intensiv inkişafının təmin olunmasına güclü təkan verib və bu proseslərin etibarlı qarantı kimi çıxış edib.

2004-cü ilin əvvəllərindən başlayaraq dövlət başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkədə reallaşdırılan I Regional İnkişaf Dövlət Proqramı çərçivəsində Sumqayıtda sənaye və şəhər infrastrukturunun balanslı şəkildə inkişaf etdirilməsi prosesləri sürətlənib. Çoxlu sayda qeyri-səmərəsiz və istismar müddətini başa vurmuş, ekoloji cəhətdən təhlükəli sənaye qurğuları istismardan çıxarılıb və müasir texnologiyalar əsaslı müəssisələrin yaradılmasına üstünlük verilib. Sumqayıtın ekoloji problemlərinin həllində ölkə prezidentinin təşəbbüsü ilə hazırlanıb və reallaşdırılıb, 2003-2010-cu illərdə həyata keçirilmiş ekoloji tədbirlər planı mühüm rol oynayıb. Həmin dövr ərzində ekoloji problemlərin mənbəyi olan bir çox kimya müəssisələri ləğv edilib, ətraf mühiti çirkləndirən mənbələrin sayı isə əhəmiyyətli səviyyədə azaldılıb. Sumqayıt Məişət-Çirkab Suları Təmizləyici Qurğular Kompleksi istismara verilib və bununla da şəhərin müxtəlif nöqtələrindən, ərazilərdən çirkli şəkildə birbaşa Xəzər dənizinə axıdılan mənbələrin sayı tamamilə azaldılıb və şəhərdə ekoloji vəziyyət xeyli yaxşılaşdırılıb. Nəticədə Sumqayıt şəhərində atmosfer havasına çirkləndirici maddələr atan stasionar mənbələrin sayı 3 dəfəyə yaxın azalıb və bununla da müxtəlif mənbələrdən ayrılan və tutulan maddələrin miqdarı tam olaraq minimum həddə düşüb. Dövlət başçısının təşəbbüsləri və rəhbərliyi altında Sumqayıtda sənaye infrastrukturunun yenilənməsi tədbirləri intensivləşdirilib, ekoloji problemlərin həllinə münasibət maksimum strateji xarakter alıb, şəhər əhalisini narahat edən problemlərin aradan qaldırılması tədbirləri gücləndirilib.
Prezident İlham Əliyevin təşəbbüsləri və sərəncamları əsasında Azərbaycanda qeyri-neft sektorunun ən mühüm müəssisələr şəbəkəsi – müasir texnologiyalara, yeni iqtisadi mexanizmlərə söykənmiş texnoloji və sənaye parkları ilk olaraq Sumqayıtda yaradılıb. Sumqayıt bu proseslərin önündə getməklə, ölkə iqtisadiyyatının gücünə əlavə güc qatmış, milli iqtisadiyyatın potensialını artırmış, rəqabətqabiliyyətli və ixracyönlü məhsulların çeşidini və həcmini yüksəltmişdir və bu proseslər hazırda daha intensiv müstəvidə davam etməkdədir. Sumqayıt rahat və abad, gözəl və yaraşıqlı bir şəhərə çevrilməklə, yaşayış və yaradıcılıq üçün insanlardan ötrü arzuolunan bir şəhərə çevrilmiş və bu şəhərdə yaşamaq istəyənlərin sayı hər il artmaqdadır.
Sumqayıt şəhərinin təkcə Azərbaycanın güclü sənaye mərkəzi kimi yox, eyni zamanda regionun və dünyanın əhəmiyyətli potensiala malik sənaye mərkəzlərindən birinə çevrilməsində insanların gördükləri işə sonsuz inamın olması, şəhəri sevmələri, onu yaratmaq və inkişaf etdirmək istəklərinin sərhədsizliyi və şübhəsiz Prezident İlham Əliyevə böyük inamlarının olması ilə əlaqədardır. Sumqayıtın müasir simasının formalaşdırılmasında, şəhər təsərrüfatının inkişaf etdirilməsində, sənaye müəssisələrinin və yaşayış massivlərin, ayrı-ayrı sosial obyektlərin tikilməsində bu şəhərdə yaşayıb yaradan, ömrünü və əmək fəaliyyətini şəhərimizə həsr edən insanların hər biri bu proseslərin dayanıqlı olmasının qarantı kimi dövlət başçısını görürlər və ona inanırlar.
Dövlət başçısının xüsusi qayğısı və diqqəti nəticəsində 2015-2023-cü illər ərzində Sumqayıt şəhərində böyük infrastruktur layihələri həyata keçirilib və 6500 milyon manatdan çox vəsait yatırılıb. Bu investisiyalar şəhərin iqtisadi və sosial inkişafına əhəmiyyətli təsir göstərib. Şəhər üzrə əhalinin sayı həmin dövrdə 90 min nəfər artıb. Ümumi məhsul buraxılışı 2015-ci illə müqayisədə 2023-cü ildə 6 dəfə yüksəlib. Fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 2015-ci illə müqayisədə 2023-cü ildə 2 dəfədən çox artıb. Hazırda 119-u iri və orta, 65-i kiçik olmaqla 184 sənaye müəssisəsi, 40 nəfər fərdi sahibkar sənaye sahəsində fəaliyyət göstərir. Sənaye məhsulunun həcmi 2015-ci illə müqayisədə 2023-cü ildə 8 dəfə və qeyri dövlət sektorunun xüsusi çəkisi 2,5 dəfə artıb. 50 min yeni iş yerləri açılıb, şəhər üzrə işləyənlərin orta aylıq əmək haqqı 2015-ci illə müqayisədə 2023-də 20 faizə yaxın artıb.
Sumqayıt həm də elm, təhsil və mədəniyyət mərkəzi kimi hərtərəfli inkişaf yolu keçib. Müxtəlif dövrlərdə bu şəhərdə dünya səviyyəli kütləvi mədəniyyət tədbirləri keçirilib, şəhər bu istiqamətlərdə layiqli töhfələr verib, şəhərdə elm və təhsil müəssisələrinin səviyyəsi daim artmaqdadır. Təhsilin səviyyəsinə görə Sumqayıt neçə on illiklərdir ki, Azərbaycan təhsilinin önündə gedir. Ölkə Prezidentinin qiymətləndirdiyi kimi Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır. Universitet hazırda şəhərin zəka mərkəzidir və həm də intensiv islahatlar aparan, nüfuzunu artıran ali təhsil və elm mərkəzidir. Universitet beynəlxalq reytinqlərdə artıq yer almaqdadır və ən başlıcası bacarıqlı kadrların və mütəxəssislərin hazırlanmasında əsaslandırılmış strateji inkişaf prioritetlərinə və hədəflərinə malikdir.

Bu gün əminliklə deyə bilərik ki, 75 ildə Sumqayıt həm də yaşıllıqlar və parklar şəhərinə çevrilib. 2016-cı ildə yaradılmış Sumqayıt bulvarı isə dövlət başçımızın ifadə etdiyi kimi bir möcüzə olaraq insanları valeh etməkdədir. Sumqayıt bulvarı şəhərin yeni simasıdır və şəhərin ekoloji-iqtisadi sisteminin fəqərə sütununa çevrilib. Sumqayıt bulvarı müasir dövrdə baş verən qlobal transformasiyalar və ekoloji-iqtisadi problemlərin artdığı bir şəraitdə şəhərin ekoloji-iqtisadi sabitliyinin gücləndirilməsində strateji funksiyaları yerinə yetirir. Sumqayıt bulvarı şəhərin dünya ictimaiyyətinə təqdim edə biləcəyi gözəllik, inkişaf, tərəqqi simvoludur, ekoloji sabitliyin və dinamik sosial-iqtisadi inkişafın təcəssümüdür. Sumqayıt bulvarı ekoloji problemlərin həllinə kompleks və sistemli yanaşmaların ifadəsidir, Sumqayıtın turizm zonası kimi inkişaf potensialının göstəricisidir.
Bu gün biz əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin təşəbbüsləri, diqqət və qayğısı, çevik qərarları sayəsində 2003-2024-cü illərdə Sumqayıt müasir şəhər və güclü sənaye mərkəzi kimi formalaşıb. Sumqayıt dünyanın dinamik inkişaf edən sənaye şəhərlərindən birinə çevrilib və özünün ekoloji problemlərinin əhəmiyyətli hissəsini həll edib. Sumqayıtın sosial-iqtisadi inkişafı sürətli xarakter alıb və şəhərin inkişafının yeni mərhələyə qaldırılması üçün əsaslı zəmin və potensial yaradılıb. Beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, Sumqayıt Cənubi Qafqazın və dünyanın yüksək inkişaf potensialına malik şəhərləri sırasında yer alıb, əhalinin yaşayış səviyyəsi yüksəlib, gəlirləri artıb, şəhərin ölkəmizin sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti xeyli yüksəlib və s.
Tarixi nailiyyətlərdən danışarkən həllini gözləyən problemlərə toxunmaq və onların həlli istiqamətlərini müəyyənləşdirmək vacibdir:
1) Əhalisinin sayı artmaqda davam edən Sumqayıtın şəhər təsərrüfatı daha intensiv şəkildə inkişaf etdirilməli və bu inkişaf prosesləri şəhərin qəsəbələri də daxil olmaqla bütün ərazisini özündə birləşdirməlidir.
2) Sumqayıtın mənzil fondunun yenilənməsi proseslərində şəhərin özünəməxsus koloritləri, küçələrinin və prospektlərinin genişlik amilləri diqqətdə saxlanılmalı, komfortluq prinsipi xüsusilə qorunmalıdır.
3) Şəhərin sənaye strukturunun yaşıl və yüksək texnologiyalar əsaslı iqtisadiyyat sahələri hesabına genişləndirilməsinə ehtiyac vardır.
4) Kimya və neftkimya kompleksinin əsası olan “EP-300” qurğusuna əlavə olaraq, yüksək və tullantısız texnologiyalara malik müasir emal qurğusu tikilməlidir.

5) Qara metallurgiyanın modernizasiya edilməsi prosesləri təmin olunmalı və çoxfunksiyalı qara metal sənaye məhsullarının istehsalını təmin edə biləcək kompleks yaradılması məqsəduyğundur.
6) Sumqayıtda son texnologiyalar əsaslı məişət avadanlıqları və vasitələri istehsal edən çoxfunksiyalı sənaye parkının yaradılması faydalı ola bilər.
7) Yaxın perspektivdə Sumqayıt ölkəmizin cihazqayırma mərkəzinə də çevrilmək potensialına malikdir. Bunun üçün xüsusi proqramın hazırlanması və reallaşdırılması tələb olunur.
8) Sumqayıt şəhərində qadın məşğulluğunun gücləndirilməsi məqsədilə tekstil klasterinin yaradılmasını səmərəli hesab edirəm.
9) İnkişaf etmiş şəhərlərin təcrübəsindən yanaşsaq, əsas trendlərdən biri yüksək səviyyəli və məmnunluq prinsipini ehtiva edən xidmət sektorunun yaradılmasıdır.
10) Son illərdə Sumqayıtda bu istiqamətdə xeyli işlərin getdiyinin şahidiyik və xidmət sektoru obyektlərinin sayı artmaqdadır.
11) Gələcək perspektivlərdən yanaşsaq, ilk növbədə xidmət sektorunun genişləndirilməsində kəmiyyət amilindən keyfiyyət amilinə keçilməsi mütləq şərt kimi ortaya qoyulmalıdır.
Qlobal təsirlərin artdığı bir şəraitdə davamlı inkişaf prinsiplərinin əsas götürülməsi təmin edilməklə, doğma Sumqayıtmızın sosial-iqtisadi inkişafına layiqli töhfə vermək hər birimizin müqəddəs vəzifəsinə və borcuna çevrilməlidir.
Şəfa ƏLİYEV
Sumqayıt Dövlət Universitetinin professoru
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:00
Bakıda daşınmaz əmlak bahalaşıb
Bu gün, 09:29
Generalın oğlu İngiltərədə şirkət açıb - Sənədlər
Dünən, 13:13
Mərkəzi Bank iki təşkilatın lisenziyasını ləğv edib
29-08-2025, 16:58
Daha 56 nəqliyyat vasitəsi hərraca çıxarılıb
28-08-2025, 13:31
Bakıda nəqliyyatda gedişhaqqı artırılacaq? - Açıqlama
28-08-2025, 10:15
Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını "dondurub"
28-08-2025, 08:45
Məşhur şirkət "robotların beyni"-ni satışa çıxarıb
27-08-2025, 16:24
Sənaye metallarının qiyməti artıb
27-08-2025, 16:11
Daha 29 nəqliyyat vasitəsi hərraca çıxarılıb
27-08-2025, 15:30
Fərhad Əhmədovun böyük vergi borcu yaranıb
27-08-2025, 12:28
ABŞ şirkəti Rusiya nefti ilə bağlı gizli danışıqlar aparır
27-08-2025, 11:56
Şahin Mustafayev: "Körfəz ölkələrini Qara Dənizə bağlayacaq yeni marşrut yaradılacaq"
27-08-2025, 11:33
ABŞ-la iqtisadi müharibə Rusiya üçün pis nəticələnə bilər
27-08-2025, 09:53
Avropanın iki ölkəsi Rusiya aktivlərinin müsadirəsinə qarşıdır
26-08-2025, 13:58
Rusiyanın 14 sərnişin təyyarəsində problem yaranıb
26-08-2025, 12:10
ABŞ və Rusiya enerji sazişlərini müzakirə edir
26-08-2025, 11:02
I Yüksəliş müsabiqəsinin finalçısı mərkəz rəhbəri təyin olunub
25-08-2025, 18:56
"Coca-Cola" nəhəng şəbəkəni satmaq istəyir
25-08-2025, 16:00
Un neçəyədir? - Qiymət açıqlanıb
25-08-2025, 15:01
Mərkəzi Bankda yeni təyinat olub
25-08-2025, 10:53
Deputatdan "Sədərək"dəki yanğınla bağlı açıqlama: "Bu, son 8 ildə 10-cu belə hadisədir..."
22-08-2025, 17:57
Rusiya Suriya üçün yeni pul çap edəcək
22-08-2025, 17:33
Əli Əsədov Çinin korporasiya prezidenti ilə görüşüb
22-08-2025, 10:40
QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib
21-08-2025, 16:09
Aİ və ABŞ birgə bəyanat yayıblar
21-08-2025, 11:48
TANAP ilə nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb
21-08-2025, 11:04
Nazir müavininin adı 3.8 milyon manatlıq "tender oyunu"nda hallanır
20-08-2025, 18:00
QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib
20-08-2025, 13:04
Su Ehtiyatları Agentliyinin 23 milyon manatdan çox vergi borcu var
19-08-2025, 17:35
"Azəriqaz" ləğv edilir? - Hüquqşünasdan müsahibə
19-08-2025, 17:22
Azərbaycan iqtisadi artımla bağlı proqnozunu yeniləyib
19-08-2025, 15:30
SOCAR-ın tabeliyində yeni qurumlar yaradılacaq
19-08-2025, 11:35
“Azərbaycan Dəmir Yolları” QSC-də tender qalmaqalı - Şikayət var
19-08-2025, 11:09
66 nəqliyyat vasitəsi hərraca çıxarılıb
19-08-2025, 10:44
Dünya bazarında neft ucuzlaşır
19-08-2025, 10:00
Bakıda iki sexin fəaliyyəti dayandırılıb
18-08-2025, 15:57
Dövlətə məxsus avtomobillər hərraca çıxarılıb
15-08-2025, 15:44
Bank və digər kredit təşkilatlarının kredit portfeli artıb
15-08-2025, 10:49
Unun topdansatış qiymətləri açıqlanıb
14-08-2025, 16:39
Rusiyaya qarşı 19-cu sanksiyalar paketi hazırlayırlar
14-08-2025, 11:42
Avropada təbii qazın qiyməti 400 dollara yaxınlaşır
14-08-2025, 11:25
Mərkəzi Bank üç şirkətə icrası məcburi göstəriş verib