20:01 / 28-01-2025
Milli Məclis bəyanat yayıb
Almaniyanın xarici işlər naziri Bakıya gəlir
Tarix: 19-11-2024 18:00 | Bölmə: Xəbərlər
Almaniyanın xarici işlər naziri Bakıya gəlir

Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfər edəcək.

O, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

Məlumatı Modern.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də təsdiqləyib.

Berbokun Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla da görüşü gözlənilir.

Qeyd edək ki, Berbok Azərbaycandan əvvəl Ermənistana səfər edəcək və bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.




Bölməyə aid digər xəbərlər
24-01-2025, 14:28 Direktor həbs edilib