Tramp keçmiş prokuroru NATO-ya göndərir
Tarix: 21-11-2024 00:02 | Bölmə: Xəbərlər
Tramp keçmiş prokuroru NATO-ya göndərir

Yeni seçilmiş prezident Donald Tramp çərşənbə günü hüquqşünas Metyu Uitakerin ABŞ-nın NATO-dakı daimi nümayəndəsi vəzifəsinə namizədliyini irəli sürüb.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Tramp deyib ki, M. Uitaker güclü döyüşçü və Birləşmiş Ştatların maraqlarının inkişaf etdirilməsini və qorunmasını təmin edəcək sadiq vətənpərvərdir: “Mett NATO-dakı müttəfiqlərimizlə münasibətləri gücləndirəcək, sülh və sabitliyə qarşı təhdidlər qarşısında möhkəm dayanacaq - o, Amerikanı birinci yerə qoyacaq”.

Qeyd edək ki, 2017-2021-ci illər ərzində üç ay baş prokuror vəzifəsini icra etmiş Uitaker, Trampın ikinci prezidentlik müddətində siyasətin formalaşdırılması üçün çalışmış sağçı beyin mərkəzi olan America First Policy Institute ilə aktiv fəaliyyət göstərib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər