Xankəndində qalan ermənilər Ermənistana köçməyə hazırlaşır
Tarix: 05-11-2020 11:14 | Bölmə: Cəmiyyət
Xankəndində qalan ermənilər Ermənistana köçməyə hazırlaşır

“Hazırda Xankəndində əhalinin 30 faizi, yaxud 17 min nəfər qalıb, onlar da sığınacaqda yaşayırlar”.

“Sputnik Armeniya” xəbər verir ki, bunu şəhərin “meri” David Sarkisyan bildirib.

Onun sözlərinə görə, şəhərdə hərəkət məhdudlaşdırılıb:

“Havaların soyuduğunu nəzərə alaraq, qalan sakinlərin istəklərinə əsasən köçürülməsi planlaşdırılır”.

“Mer” Xankəndində 56 min erməninin yaşadığını bildirib. Ancaq böyük ehtimalla bu rəqəm dəfələrlə şişirdilib. Ermənilər şəhərdəki sayı gəlmələrin hesabına artırıblar. Xanəkəndində qalan mülki erməni sakinlərin sayının isə deyiləndən az olduğu istisna edilmir. Çünki Ermənistanda artıq Qarabağdan köçən ermənilərin yerləşdirilməsinə başlayıblar. Döyüşlər getdiyi üçün rəsmi Yerevan onların sayı barədə məlumat vermir. Hakimiyyər bunun döyüşlərlə ermənilər tərəfindən vuruşan silahlıların ovqatına təsir göstərəcəyindən ehtiyat edir.

Qeyd edək ki, Yerevanda Qarabağdan köçən ermənilərin sosial problemlərinin həlli ilə məşğul olan qərargah yaradılıb. Bu qurum onların pensiya və müavinətlərini də verəcək/Report.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər