Üç şəhidimiz Kəlbəcərdə dəfn edilib - Fotolar
Tarix: 04-07-2025 15:47 | Bölmə: Slayd
Üç şəhidimiz Kəlbəcərdə dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşən üç hərbçinin qalıqları Kəlbəcərdə dəfn edilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Kəlbəcər rayon sakinləri olan hərbçilər Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğlunun qalıqları Kəlbəcər şəhərinə gətirilib və şəhidlərlə vida mərasimi keçirilib.

Daha sonra qalıqlar Kəlbəcər şəhər qəbiristanlığında dəfn olunub.

Bu, işğaldan azd ediləndən sonra Kəlbəcərdə ilk dəfn mərasimidir.

Qeyd edək ki, hər üç şəxs 1993-cü il martın 27-də Kəlbəcərin Çıraqlı kəndi istiqamətində itkin düşüblər.







Bölməyə aid digər xəbərlər