Məşhur jurnalistin qardaşlarını öldürən polislərin görüntüləri yayılıb - Fotolar
Tarix: 02-07-2025 12:08 | Bölmə: Slayd
Məşhur jurnalistin qardaşlarını öldürən polislərin görüntüləri yayılıb

Rusiyanın Yekaterinburq şəhərində iyunun 27-də hüquq-mühafizə orqanlarının azərbaycanəsilli şəxslərə qarşı həyata keçirdiyi hücumda və soydaşlarımızın qətlində iştirak etdiyi ehtimal olunan polislərin fotoları dərc edilib.

Reyting.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Evocation" Telegram kanalı məlumat yayıb.

Qeyd olunur ki, həmin polis zabitləri Viktor Poznyak, Nikolay Paçayevets, Rafael Xamidulin və Aleksandr Smirnıxdır.

Məhz bu şəxslərin ölümlə nəticələnən hadisədə vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri və buna görə məsuliyyət daşıdıqları qeyd olunur.





Bölməyə aid digər xəbərlər