19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Professor zəlzələ ilə bağlı xəbərdarlıq edir - Foto
Tarix: 01-07-2025 15:47 | Bölmə: Cəmiyyət
Professor zəlzələ ilə bağlı xəbərdarlıq edir

Bu gün Türkiyə vaxtilə saat 11:47-də Bursa şəhərində 3,9 bal gücündə zəlzələ baş verib.

Türkiyə Fövqəladə Hallar Xidmətinin (AFAD) internet saytında yer alan məlumata görə, zəlzələ 3,9 bal gücündə, episentri Gəmlik rayonunda qeydə alınıb.

Qonşu əyalətlərdə də hiss edilən zəlzələ 9,82 kilometr dərinlikdə baş verib və zərərçəkən olmayıb

Reyting.az-ın məlumatına görə, zəlzələdən sonra professor Naci Görür xəbərdarlıq edib.

Professor deyib ki, Şahinyurdu-Gəmilik/Burdsada 4.0 bal gücündə zəlzələ oldu: “Qeyd edim ki, bura Şimali Anadolu Fay Xəttinin (QAF) qolundadır. Mərmərədə, QAF-ın şimal qolunda zəlzələ gözləyirik, amma burası da önəmlidir. Yavaş enerji yığır, amma təhlükəlidir. İdarəçilər diqqətli olmalı və buranı zəlzələyə dayanıqlı hala gətirməlidir. Xalq bunu tələb etməlidir”.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər