Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
Tarix: 04-07-2025 19:49 | Bölmə: Xəbərlər
Şəmkirdə üç uşaq göldə batıb

Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfər (uşaq) göldə batıb.

Reyting.az
xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin axtarışları nəticəsində göldə batmış 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlunun meyitləri suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, göl və digər su hövzələrindən istifadə olunmamasına çağırır.




Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib
27-06-2025, 09:33 Qaxda zəlzələ olub