Osman Gündüz: "Ölkəyə dron gətirməyə icazə məsələsini həll etmək lazımdır"
Tarix: 27-01-2022 11:55 | Bölmə: Cəmiyyət
Osman Gündüz: "Ölkəyə dron gətirməyə icazə məsələsini həll etmək lazımdır"

"Azərbaycana dron gətirilməsi ilə bağlı hələ də qeyri-müəyyən vəziyyət var. Bunun üçün bir neçə qurumdan icazə alınmalıdır. Bu məsələni həll etmək lazımdır".

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda deyib.

"icazə məsələsini həll etmək üçün proqram müəyyən edilməlidir. Mən bu proqramı hazırlamaq üçün dəstək verə bilərəm", - o qeyd edib.

Bundan başqa, O.Gündüz bildirib ki, digər internet provayderlərinə onlardan istifadəyə imkan yaradılması yaxşı haldır.

"Son illər ölkədə 700-dən çox məktəb yüksəksürətli internetlə təmin olunub. Maraqlısı odur ki, bu məktəblərin təxminən 400-ü son 1 ildə, qalan 300-ü isə əvvəlki 10 ildə internetə çıxış əldə edib. Bu, internet təminatı sahəsində şəffaflığın göstəricisidir. Özəl provayderlərə daha yaxşı şərait yaradılmalıdır ki, onlar da xidmətini genişləndirsin", - o bildirib/Report.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər