20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
15 rayonda kənd və qəsəbələrin adları dəyişdirləcək - Siyahı
Tarix: 04-06-2018 14:42 | Bölmə: Cəmiyyət
15 rayonda kənd və qəsəbələrin adları dəyişdirləcək

Azərbaycanın 15 rayonunda kənd və qəsəbə adları dəyişdirlir.

Məlumata görə, Göyçay, Goranboy, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Oğuz, Saatlı, Samux, Şəmkir, Yevlax, Masallı, Ağsu və Astara rayonlarının bəzi kənd və qəsəbələrinin adları dəyişdiriləcək.

Reyting.az saytı Modern.az-a istinadla adları dəyişdiriləcək kənd və qəsəbələrin siyahısını təqdim edir:

Ağsu rayonu üzrə:

Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi – Xanbulaq kəndi adlandırılacaq;

Astara rayonu üzrə:

Kakalos kəndi - Qamışovka kəndi adlandırılacaq;

Göygöl rayonu üzrə:


Xanlar qəsəbəsi – Ağdam qəsəbəsi adlandırılacaq;

Mixayılokva kəndki – Bənövşəli kəndi adlandırılacaq;

Xızı rayonu üzrə:


Altıağac kənd inzibati ərazi dairəsi tərkibindəki Klyuç kəndi – Safbulaq kəndi adlandırılacaq;

Qazax rayonu üzrə:

Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Komuna kəndi - Balaçaylı kəndi adlandırılacaq;

Qusar rayonu üzrə:

Şirvanovka kəndi - Şirvanlı kəndi adlandırılacaq;

Masallı rayonu üzrə:

Kalinovka kəndi - Viləş kəndi adlandırılacaq;

Oğuz rayonu üzrə:

Astaraxanovka kəndi – Çayqovuşağı kəndi adlandırılacaq;

Saatlı rayonu üzrə:

Qarayev kəndi – Orta Muğan kəndi adlandırılacaq;

Samux rayonu üzrə:


Əlibayramlı kəndi – Sarıqaya kəndi adlandırılacaq.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər