09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Paşinyan Baş Qərargah rəisi postunda namizədini açıqlayıb - Foto
Tarix: 10-03-2021 14:44 | Bölmə: Dünya
Paşinyan Baş Qərargah rəisi postunda namizədini açıqlayıb

Ermənistan Baş naziri Nikol Paşinyan prezident Armen Sarkisyana general-leytenant Artak Davtyanın Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi təklifini təqdim edib.

Reyting.az
xəbər verir ki, Ermənistan Prezident Administrasiyası bu məlumatı yerli mətbuata təsdiq edib.

Bildirilib ki, Nikol Paşinyan yeni Baş Qərargah rəisi vəzifəsinə namizədi ilə bağlı təklifini prezidentə bu gün göndərib.


A. Davtyan

Bununla belə prezidentin ofisi qeyd edib ki, Paşinyanın təqdimatının təsdiq edilib-edilməyəcəyi haqda bir söz deyə bilməzlər.

Qeyd edək ki, dünən Müdafiə naziri Vaqarşak Arutyuyanın əmri ilə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Artak Davtyan xüsusi tapşırıqlar xəttində baş zabit təyin edilib.

2020-ci ilin 16 noyabrında isə Baş nazir Nikol Paşinyanın qərarı ilə Artak Davtyan Hərbi-Sənaye Komitəsinin sədri vəzifəsindən azad edilib.

Xatırladaq ki, Baş Qərargah rəisi Onik Qasparyanla hökumət arasında ciddi fikir ayrılıqları olub, Paşinyan ona qarşı qiyama cəhd edən O. Qasparyanın vəzifədən azad olunması üçün prezidentə müraciət ünvanlamışdı.




Bölməyə aid digər xəbərlər