09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
General-mayor Paşinyanın dərhal istefa verməsini tələb edir
Tarix: 10-03-2021 15:28 | Bölmə: Dünya
General-mayor Paşinyanın dərhal istefa verməsini tələb edir

“Üç il ərzində Nikol Paşinyanın təşəbbüsü ilə ən yüksək hərbi rütbəli dörd məmurun Baş Qərargah rəisi vəzifəsinə təyin və vəzifədən azad edilməsi Nikol Paşinyanın Ermənistan Baş naziri kimi qeyri-kafiliyindən və məsuliyyətsizliyindən xəbər verir”.

Reyting.az
-ın məlumatına görə, bu sözlər Ermənistan Silahlı Qüvvələrinin III ordu birləşməsinin komandanı, general-mayor Qriqori Xaçaturovun verdiyi bəyanarda öz əksini tapıb.

General açıqlamasında bildirib ki, Paşinyanın Nazirlər Kabinetinə rəhbərlik etdiyi hər gün və saat Ermənistanın təhlükəsizlik sistemini darmadağın edir, gələcəyinə şübhə yaradır: “Buna görə də Silahlı Qüvvələrin Baş Qərargahının 25 fevral 2021-ci il tarixli açıqlamasını təsdiq edərək, Paşinyanın dərhal istefasını tələb edirəm”.

Qeyd edək ki, Ermənisatan hökuməti ilə Silahlı Qüvvələrin Baş Qərargahı üz-üzə gəlib. Paşinyan Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın vəzifəsindən azad edildiyini bəyan edib. Böyük ehtimalla korpus komandanı Qriqori Xaçaturovun bu bəyanatı Onik Qasparyanın Baş nazir Paşinyana cavabıdır.




Bölməyə aid digər xəbərlər