09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ərdoğan və Putinin iştirakı ilə “Akkuyu” AES-in 3-cü blokunun təməli qoyulub
Tarix: 10-03-2021 17:53 | Bölmə: Dünya
Ərdoğan və Putinin iştirakı ilə “Akkuyu” AES-in 3-cü blokunun təməli qoyulub

Bu gün Türkiyənin Mersin vilayətində “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) 3-cü blokunun təməlqoyma mərasimi keçirilib.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin videokonfrans vasitəsilə mərasimə qatılıblar.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez bildirib ki, “Akkuyu” AES-in 4-cü və son blokunun təməli gələn il qoyulacaq: ““Akkuyu” 2023-cü ildə, yəni cümhuriyyətimizin 100-cü ilində enerji istehsal edəcək”.

Onun sözlərinə görə, “Akkuyu” AES Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizini qarşılayacaq: ““Akkuyu” AES tam fəaliyyətə başlayanda il ərzində 35 milyard kilovat/saat enerji ilə Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizini qarşılayacaq. “Akkuyu” AES istismar ediləcəyi 60 il müddətində illik 128 milyon ton, 60 il ərzində isə 2,4 milyard ton karbon emissiyasını azaldacaq”/APA.




Bölməyə aid digər xəbərlər