09:33 / 27-06-2025
Qaxda zəlzələ olub
Putin: “Akkuyu” AES Türkiyənin enerji təhlükəsizliyinə ciddi töhfə verəcək"
Tarix: 10-03-2021 18:12 | Bölmə: Dünya
Putin: “Akkuyu” AES Türkiyənin enerji təhlükəsizliyinə ciddi töhfə verəcək"

“Akkuyu” Atom Elektrik Stansiyası (AES) Türkiyənin iqtisadiyyatını daha da gücləndirəcək, enerji təhlükəsizliyinə ciddi töhfə verəcək.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Akkuyu” AES-in 3-cü blokunun təməlqoyma mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, AES-də rusiyalı və türkiyəli mütəxəssislərin işi əvvəlcədən müəyyən olunduğu proqram üzrə icra olunur.

V. Putinin sözlərinə görə, hazırda çalışan əməkdaşların sayı 8 mindən çoxdur ki, onların əksəriyyətini də Türkiyə vətəndaşları təşkil edir.

Rusiya Prezidenti 2018-ci ilin aprelində Ərdoğanla 1-ci blokun təməlqoyma mərasimində iştirak etdiyini xatırladıb.

O qeyd edib ki, layihədə iştirak edən heyətin pandemiya şəraitində sağlamlığının qorunması istiqamətində bütün zəruri tədbirlər görülüb/APA.




Bölməyə aid digər xəbərlər