09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
NATO-nun generalı və Türkiyənin hərbi gəmisi Ukraynada - Səbəb
Tarix: 11-03-2021 09:04 | Bölmə: Dünya
NATO-nun generalı və Türkiyənin hərbi gəmisi Ukraynada

NATO-nun Birləşmiş Quru Qoşunlarının komandanı general-leytenant Rojer Klotyenin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə yerli KİV-lərə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Sirski bildirib.

Onun sözlərinə görə, Rojer Klotye ilə görüş zamanı tərəflər Ukrayna və Alyansın quru qoşunları komandanlığı arasında hərbi əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

Bu arada Türkiyəyə məxsus "Sokulli Məhməd Paşa" hərbi gəmisi Ukraynanın Odessa limanına yan alıb.

Ukraynanın "Armiyainform" nəşrinin məlumatına görə, Türkiyə gəmisi ilə yanaşı İspaniya və Rumıniya donanmasına məxsus gəmilər də limana yan alıblar.

Qeyd olunur ki, NATO ilə Ukrayna hərbi donanması arasında təlimin keçirilməsi planlaşdırılır.(Virtualaz.org)




Bölməyə aid digər xəbərlər