09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ötən il ABŞ-da 529 mindən çox insan koronavirusdan ölüb
Tarix: 11-03-2021 12:04 | Bölmə: Dünya
Ötən il ABŞ-da 529 mindən çox insan koronavirusdan ölüb

2020 ABŞ tarixində ən ölümcül il olub.

Reyting.az
“Politico”-ya istinadla xəbər verir ki, bu, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən (CDC) bildirilib.

CDC-nin məlumatına görə, təxminən 400.000 amerikalı 2020-ci ildə koronavirus qurbanı olub və bu, ABŞ-da ümumi ölüm sayında 15 faiz artım deməkdir. Koronavirus infeksiyası son bir ildə amerikalıların ölüm səbəbləri arasında üçüncü yer tutub və yalnız ürək-damar xəstəlikləri və xərçəngə “uduzub”.

Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan “Johns Hopkins” Universitetinin məlumatına görə, ABŞ-da pandemiya zamanı 29 milyondan çox insan koronavirusa yoluxub, 529 mindən çox insan ölüb.

Bu günə qədər 31 milyondan çox amerikalı peyvəndin hər iki dozasını alıb.




Bölməyə aid digər xəbərlər