09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Prezident Sarksiyan Baş nazir Paşinyanın təqdimatını rədd edib
Tarix: 11-03-2021 13:50 | Bölmə: Dünya
Prezident Sarksiyan Baş nazir Paşinyanın təqdimatını rədd edib

Ermənistan prezideni Armen Sarksiyan Baş nazir Nikol Paşinyan tərəfindən Artak Davtyanın Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi təyin edilməsinə dair təqdimatını təsdiqləməyib.

Reyting.az
erməni mediasına istinadla xəbər verir ki, Sarksiyan hökumətin yeni Baş Qərargah rəisi vəzifəsinə namizədliyini irəli sürdüyü Artak Davtyanın namizədliyinə qarşı çıxaraq sənədi geri qaytarıb.

Ermənistan prezidentinin mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, ötən gün Paşinyan yeni Baş Qərargah rəisinin təyinatı ilə bağlı prezidentə təqdimat göndərmişdi.

Görünən budur ki, Ermənistan prezidenti də daxil olmaqla Silahlı Qüvvələrin elitası Paşinyanın bu struktura nəzarəti ələ almasında maraqlı deyil.




Bölməyə aid digər xəbərlər