Çin Honkonqa "bir dövlət-iki sistem" prinsipi ilə yüksək status vəd edib
Tarix: 11-03-2021 15:41 | Bölmə: Dünya
Çin Honkonqa "bir dövlət-iki sistem" prinsipi ilə yüksək status vəd edib

“Çinin mərkəzi hakimiyyəti “bir dövlət-iki sistem” prinsipinə sadiq qalaraq Honkonqun yüksək dərəcəli muxtariyyətini qoruyub saxlamq niyyətindədir”.

TASS xəbər verir ki, bu barədə martın 11-də Çinin baş naziri Li Kesyan Ümumçin Xalq Nümayəndələri Məclisinin iclasının illik sessiyasının yekunlarına həsr edilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Honkonq əhalisi “bir dövlət-iki sistem” prinsipi əsasında xüsusi hüquqa malik olacaq, bu rayonun xüsusi administrasiyasının yüksək dərəcədə muxtariyyətindən istifadə edəcəklər.

Çinin seçki sistemində aparılan islahatlardan danışan Li Kesyan bildirib ki, bu tədbir “bir dövlət-iki sistem” prinsipinin qorunması məqsədi daşıyır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər