Çinin xarici işlər naziri səfər edəcək
Tarix: 12-03-2021 13:54 | Bölmə: Dünya
Çinin xarici işlər naziri səfər edəcək

Çinin xarici işlər naziri Vang Yi Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu deyib ki, Çinin xarici işlər naziri bölgəyə səfəri çərçivəsində martın 25-də Türkiyəyə gəlmək istədiyini bildirib: “Səfərin gündəliyinə ikitərəfli münasibətlər, regional məsələlər, Asiya və Avropanı maraqlandıran mövzular daxildir. Eyni zamanda COVİD-19-la mübarizə və gündəmdəki digər məsələləri də müzakirə edəcəyik”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər