09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Gürcüstanda qısa müddətdə iki dəfə zəlzələ baş verib
Tarix: 13-03-2021 19:43 | Bölmə: Dünya
Gürcüstanda qısa müddətdə iki dəfə zəlzələ baş verib

Gürcüstanın qərb hissəsində, Oni şəhərinin cənub-şərqində bir saat ərzində iki dəfə zəlzələ baş verib.

Sputnik-georgia.ru-nun məlumatına görə, hər iki zəlzələnin episentri Tbilisinin 147 kilometrliyində, 12 kilometr dərinlikdə qeydə alınıb.

Yeraltı təkanın ilk dəfə yerli vaxtla 14:55-də qeydə alınıb. Digər zəlzələ bir saat sonra baş verib. Təkanlardan birinin maqnitudası 3.7, digərinin maqnitudası isə 4.3 olub.

Tələfat və dağıntı barədə məlumat yoxdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər